AZ

Bakının mərkəzində səfirlik maşını qaydaları pozdu – FOTO

Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb.

Fotonu sosial şəbəkədə teleaparıcı İlkin Həsəni paylaşıb.

O, fotonu “Yeni “mikrodiplomatiklik” zolaqları” başlığı ilə təqdim edib.

Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu iddia edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə, inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus (və ya trolleybus, tramvay) dayanacağında və ya (5.12,5.13) yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarında tətbiq edilir.

580807191

Seçilən
16
5
millitv.net

10Mənbələr