AZ

“Ukraynanın mövqeyi gündən günə pisləşir” Peskov

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ukrayna gec-tez Rusiya ilə danışıqlar aparmalı olacaq, amma onda mövqeyi daha da pisləşəcək”.

525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin Moskva ilə dialoqdan imtina etməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

“Bu, təəssüf doğurur. Söhbəti davam etdirə bilmədiyimiz üçün biz təbii ki, Prezident və Ali Baş Komandanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün qlobal xüsusi hərbi əməliyyatı davam etdirəcəyik”, - Peskov söyləyib.

Əlavə qeyd edib ki, Ukraynanın mövqeyi gündən-günə pisləşir.

Britaniyanın "The Times" qəzeti İstanbul danışıqlarında iştirak edən xarici işlər nazirinin müavini Sergey Kıslıtsya ilə söhbətdən sonra Rusiya ilə Ukrayna arasında danışıqların dayandırıldığını bildirib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
525.az

1Mənbələr