AZ

Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan bildirib ki, Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub.

“Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.

Prezident əlavə edib ki, Türkiyə adadakı iki xalqın sülh, rifah və təhlükəsizlik şəraitində yanaşı yaşaya biləcəyi bir həllin mümkün olduğuna dair mövqeyini qorumaqda davam edir.

Seçilən
58
24
apa.az

10Mənbələr