AZ

Tufan Erhürman: Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin əsas qarant ölkəsidir

Tufan

"Türkiyə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əsas qarant ölkəsidir".

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfransında deyib.

Erhürman qeyd edib ki, Şimali Kiprin bu günədək seçilmiş bütün prezidentləri Türkiyənin bölgədəki vacib rolunu hər zaman yüksək qiymətləndirib.

Erhürman həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində kiprli türklərin hüquqlarının qorunması və beynəlxalq aləmdə səslərinin daha çox eşidilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Seçilən
21
3
xalqcebhesi.az

3Mənbələr