AZ

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

HƏMAS İsrailə daha bir girovun meyitini təhvil verəcəyini açıqlayıb.

Bakıvaxtı.az  "Reuters"ə istinadən xəbər verir ki, meyitin bu gün gecə saatlarında təhvil verilməsi gözlənilir.

İsrail isə hələlik planlaşdırılan təhvil prosesi ilə bağlı rəsmi bildiriş almadığını açıqlayıb.

Qeyd olunur ki, meyit Qəzzanın cənubunda, Xan Yunisdə aşkarlanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı çərçivəsində HƏMAS İsrail həbsxanalarında saxlanılan 2000-ə yaxın fələstinlinin qarşılığında 20 girovu azad edib. Bundan əlavə, hərəkat əsirlikdə ölən 28 girovdan 15-nin qalıqlarını təhvil verib.

Meyitlərin qaytarılması Qəzza zolağında ölən girovların saxlandığı binaların geniş şəkildə dağıdılması ilə çətinləşir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
bakivaxti.az

7Mənbələr