AZ

Altshaymer xəstəliyinə qarşı təbii qoruma kəşf edilib

Vaşinqton və Kaliforniya universitetlərindən olan beynəlxalq alimlər qrupu altshaymer, parkinson və digər neyrodegenerativ xəstəliklərin dağıdıcı təsirlərindən beyni qorumağa kömək edən yeni bir RNT molekulu kəşf ediblər.

Ölkə.az-ın Report-a istinadən məlumatına görə, bu barədə araşdırma "Molecular Psychiatry" (MP) jurnalında dərc olunub.

Söhbət 2FAM151B-DT" adlı uzun qeyri-kodlaşdırıcı RNT-dən gedir. Bu RNT-nin səviyyəsi altshaymer xəstəliyi, frontotemporal demensiya və digər patologiyalardan əziyyət çəkən xəstələrin beynində kəskin şəkildə azalır. Alimlər müəyyən ediblər ki, bu RNT "zülal balansı"nın tənzimlənməsində iştirak edir və hüceyrələrə neyronların ölümünə səbəb olan "tau" və "α-sinuklein" kimi qüsurlu zülalları aradan qaldırmağa kömək edir.

Tədqiqatçılar "FAM151B-DT"ni süni şəkildə "söndürdükdə" hüceyrələr özlərini təmizləmək qabiliyyətini itirib. Hüceyrələrin təbii yenilənmə prosesi olan autofagiya pozulur və toksik zülal yığıntıları daha sürətlə toplanıb. Əksinə, bu RNT-nin aktivliyinin artırılması hüceyrələrin özünü təmizləmə mexanizmlərini işə salıb və zədələnmiş zülalların miqdarını azaldıb.

Müəlliflər hesab edirlər ki, "FAM151B-DT" gələcəkdə hazırda sağalmaz hesab edilən neyrodegenerativ xəstəliklərin müalicəsi üçün perspektivli hədəf ola bilər.

Seçilən
15
1
olke.az

2Mənbələr