AZ

İsrailli radikallar İordan çayının qərb sahilində məscidi yandırıblar

BAKI, 13 noyabr. TELEQRAF

İsrailli radikallar İordan çayının qərb sahilindəki Fələstin kəndində məscidi yandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, Fələstinin Deyr-əzzor şəhərində məscidə od vurulub və ən azı üç Quran nüsxəsi yanıb.

Radikallar məscidin divarına “Qorxmuruq”, “Yenə qisas alacağıq” sözlərini yazıblar.

İsrail ordusu hadisəni araşdırmaq üçün əraziyə əsgər göndərdiyini və heç bir şübhəlinin müəyyən edilmədiyini bəyan edib.

Seçilən
29
teleqraf.com

1Mənbələr