AZ

Rusiyanın beynəlxalq ehtiyatları 6 milyard dollar azalıb

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyanın beynəlxalq ehtiyatları 719,8 milyard dollar təşkil edib.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb.

Məlumata görə, oktyabrın 31-nə beynəlxalq ehtiyatlar 725,8 milyard dollar təşkil edib. Beləliklə, həftə ərzində 6 milyard dollar azalıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Bankı və hökumət tərəfindən saxlanılan yüksək likvidli maliyyə aktivləridir. Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüquqlarından (SDR, Beynəlxalq Valyuta Fondu tərəfindən istifadə edilən hesab vahidi), BVF-dəki ehtiyat mövqeyindən və digər ehtiyat aktivlərdən ibarətdir.

Gülşən Şərif 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr