ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donald Trampa Venesuelaya qarşı mümkün hərbi əməliyyatların, o cümlədən quru zərbələrinin də yer aldığı planları təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" kanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, çərşənbə günü yüksək vəzifəli hərbçilər prezident Trampa Venesuelada həyata keçirilə biləcək əməliyyatların yenilənmiş variantlarını təqdim ediblər.
Telekanalın bildirdiyinə görə, ABŞ-ın Venesuelaya qarşı konkret addım atması ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
Xatırladaq ki, bir gün öncə Venesuela bütün ölkə ərazisində genişmiqyaslı hərbi təlimlərə başladığını elan edib. Məlumata əsasən, təlimlərdə təxminən 200 min hərbçi iştirak edir.
Xədicə BAXIŞLI