AZ

408 dollara yığılır, 1200 ə satılır

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

iPhone 17 Pro Max modelinin satış qiyməti onun istehsal dəyərindən 3-4 dəfə artıqdır.

Axşam.az xəbər verir ki, yeni smartfonun 256 GB-lıq versiyasının istehsal xərci təxminən 408 dollar təşkil edir. ABŞ-da isə bu modelin satış qiyməti 1 200 dollardır.

Smartfonun ən bahalı hissələri prosessor, 5G-modem, kamera modulu və displeydir. Yalnız bu komponentlərə 340 dollar xərclənir ki, bu da ümumi istehsal dəyərinin 83 faizini təşkil edir.

Daha kiçik detallardan korpusun dəyəri 20 dollar, 256 GB yaddaş 20 dollar və operativ yaddaş isə 22 dollardır.

Qeyd edək ki, satış qiyməti ilə istehsal xərci arasındakı fərq “Apple” şirkətinin xalis gəliri demək deyil. Şirkət əlavə olaraq aparat və proqram təminatının hazırlanmasına, keyfiyyətə nəzarətə, logistika, marketinq və servis xidmətlərinə də xeyli xərc çəkir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
2
axsam.az

3Mənbələr