AZ

Samir Abasova 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 11-ci turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. Komitə "Neftçi"nin baş məşqçisi Samir Abasova 4 oyunluq cəza verib:

09.11.2025-ci il tarixində Misli premyer-liqasında 11-ci turun “Qarabağ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Neftçi” 10000 manat cərimə edilsin (maddə 52.4).

Seçilən
9
1
football-plus.az

2Mənbələr