AZ

Abbasov millinin məğlubiyyətini belə şərh etdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İkinci hissədə yaxşı oynadıq.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, futbolçularının əllərindən gələni etdiklərini bildirib:

“Sonadək döyüşdük. İslandiya millisi bu matça final kimi baxırdı. İkinci yarıda qol şanslarımız oldu. Bəlkə də fərqlənsəydik, başqa ssenari ola bilərdi. Qarşıda bizi Fransa ilə görüş gözləyir. Həmin oyunda da əlimizdən gələni edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
axar.az

2Mənbələr