AZ

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə çoxtərəfli sənədlər paketi imzalanacaq

Daşkənd. Trend:

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşününyekunları üzrə çoxtərəfli sənədlər paketi imzalanacaq.

Trend bu barədəÖzbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbərverir.

Qeyd edək ki, 7-ci Məşvərət Görüşü 15–16 noyabr tarixlərindəÖzbəkistanın paytaxtında Prezident Şavkat Mirziyoyevin sədrliyi iləkeçiriləcək.

Özbəkistanın Prezident Administrasiyasının məlumatına görə,sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan PrezidentiSadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və TürkmənistanPrezidenti Serdar Berdiməhəmmədov iştirak edəcəklər. Həmçinintədbirə BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrəRegional Mərkəzinin rəhbəri Kaxa İmnadze də qatılacaq.

Görüşün gündəliyinə regional əməkdaşlığın daha damöhkəmləndirilməsi, prioritet sahələrdə birgə layihə vətəşəbbüslərin həyata keçirilməsi, eləcə də regional və beynəlxalqsiyasətin aktual məsələləri üzrə fikir mübadiləsi daxildir.

Xatırladaq ki, region liderlərinin müntəzəm məşvərətgörüşlərinin keçirilməsi təşəbbüsü Mirziyoyev tərəfindən 2017-ciilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəlisürülmüşdü. Özbəkistanın bu formatda sədrlik etdiyi dövrdəəməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən 20-dən çox böyüktədbir keçirilib.

Məqalədə:
Seçilən
53
az.trend.az

1Mənbələr