AZ

Bu xəstəlikləri olanlara ABŞ viza verməyəcək Yeni qaydalar vizaları rədd etmək üçün geniş imkanlar verir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ administrasiyası xərçəng, piylənmə, diabet və ürək-damar xəstəliklərini vizanın rədd edilməsi üçün əsas ola biləcək xəstəliklər siyahısına daxil edib.

“AzPolitika” xəbər verir ki, "The Washington Post" qəzetinin mövcud sənədə istinadla verdiyi məlumata görə, Dövlət Departamenti 6 noyabrda ABŞ-nin dünya üzrə diplomatik nümayəndəliklərinə müvafiq direktiv göndərib.

Dövlət katibi Marko Rubio tərəfindən imzalanan təlimatda xaricdəki səfirliklərdə çalışan viza məmurlarının müraciət edənlərin sağlamlıq vəziyyətini nəzərə almaları tələb olunur. Direktivdə deyilir ki, "müəyyən tibbi vəziyyətlər - o cümlədən ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri, xərçəng, diabet, metabolik xəstəliklər, nevroloji xəstəliklər və ruhi sağlamlıq pozğunluqları yüz minlərlə dollar müalicə xərcləri tələb edə bilər".

Xüsusilə qeyd olunur ki, piylənmə yuxu apnesinə, hipertoniyaya və klinik depressiyaya səbəb ola biləcəyi üçün mənfi amil hesab edilməlidir. Tibbi meyarlara əlavə olaraq, konsulluq işçilərinə müraciət edənlərin yaşı, xüsusi ehtiyacları və ya əlilliyinin mövcudluğunu nəzərə almaq tapşırılır.

Nəşrin məlumatına görə, sənəd Dövlət Departamentinin rəhbərliyi tərəfindən müvafiq mütəxəssislərlə standart araşdırma prosesindən yayınaraq hazırlanıb. Yeni qaydalar viza işçilərinə vizaları rədd etmək üçün geniş səlahiyyət verir.

Ağ Evin mətbuat katibi Anna Kelli bu xəbəri təsdiqləyib və deyib ki, bu təcrübə "100 ildir mövcuddur". Ağ Ev hesab edir ki, yeni qaydalar xarici vətəndaşların Amerika vergi ödəyiciləri üçün maliyyə yükünə çevrildiyi vəziyyətlərin qarşısını almağa yönəlib. O, əlavə edib ki, "Tramp administrasiyası, nəhayət ki, amerikalıların maraqlarını birinci yerə qoyaraq bu siyasəti tam şəkildə həyata keçirir".

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
50
azpolitika.info

10Mənbələr