AZ

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi - FOTOLAR

Noyabrın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov razılaşdırılmış qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Şağlakücə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

İcra başçısı cari ilin əvvəlində keçirilən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlərin həllini tapdığını, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlandığını və bununla bağlı vətəndaşların məlumatlandırıldığını qeyd edib.

Taleh Qaraşov görüş-qəbulda iştirak edən vətəndaşların müraciətlərini həssaslıq, səbr və diqqətlə dinləyib, qaldırılan bütün məsələlərin icrasına nəzarət olunduğunu və hər bir müraciətin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada cavablar verildiyini bildirib.

Dövlət başçısının siyasi kursuna sadiqliyi ilə seçilən Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

Seçilən
16
29
unikal.az

10Mənbələr