AZ

Bişkekdə restoran, bar və klublar saat 22:00-dan sonra bağlanacaq

Bakı, 14 noyabr, AZƏRTAC

Bişkek meriyasının qərarına əsasən, paytaxtda fəaliyyət göstərən bütün mədəniyyət və əyləncə obyektləri, o cümlədən kafe, restoran, bar, klub və ziyafət salonları axşam saat 22:00-dan gec olmayaraq bağlanmalıdır.

AZƏRTAC xəbər verir ki, göstərilən vaxtdan sonra yüksək musiqi, işıqlandırma ilə müşayiət olunan səs-küylü tədbirlərin keçirilməsi qadağan edilib. “Saat 22:00-dan sonra elektrik enerjisi istehlak edən bütün cihazlar, xüsusilə də yüksək enerji tutumlu məişət texnikası saat 22:00-dan sonra söndürülməlidir”, - deyə məlumatda bildirilir.

Qırğızıstanın hakimiyyət orqanları şəhər meriyasına axşam saat 22:10-dan sonra əyləncə yerlərində elektrik enerjisini kəsmək barədə göstəriş verib. Bununla belə, müəssisələr yaşayış binalarından uzaqda yerləşərsə və tam sükutun təmin edilməsi şərtilə elektrik generatorlarının istifadəsinə icazə verilir. Həmçinin saat 18:00-dan səhər saat 6:00-dək hökumətin inzibati binalarında elektrik enerjisinə qənaət etmək üçün daxili və xarici işıqlandırmadan və elektrik cihazlarından istifadə məhdudlaşdırılıb. Eyni zamanda, ölkədəki bütün təhsil müəssisələrində enerjiyə qənaət tədbirləri tətbiq edilib.

Xatırladaq ki, sentyabr ayında Qırğızıstanın energetika naziri Taalaybek İbrayev vətəndaşlara qarşıdan gələn ən çətin qışla bağlı xəbərdarlıq edib və onları enerjiyə qənaət etməyə çağırıb.

Seçilən
102
1
azertag.az

2Mənbələr