AZ

Suriyada yenə hərbi toqquşmalar yaşanır

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Suriyanın Daxili Təhlükəsizlik qüvvələrinin komandanlığı ölkənin “Əl-İhbariya” telekanalına açıqlamasında belə deyib. “Əs-Suveydədəki üsyançı qruplar üçüncü gün dalbadal atəşkəs rejimini pozaraq, əyaləti atəşə tuturlar. Bunun nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları yaralanıb”, - məlumatda bildirilir.

Bədəvilər Əs-Suveydədən təxliyə olunur | VİDEO

Xatırladaq ki, iyulun ortalarında Əs-Suveydə əyalətində bədəvilərlə druzlar arasında qarşıdurma baş vermişdi. Münaqişəni yatırmaq üçün gələn hökumət qoşunları bədəvilərin tərəfinə keçib. Həmin toqquşmalarda 1600-dən çox insanın öldüyü bildirilir. Bu, həm də druzların böyük qrupunun yaşadığı İsraildə kəskin reaksiyaya səbəb olmuşdu. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
azvision.az

1Mənbələr