BAKI, 14 noyabr. TELEQRAF
Asiya İnkişaf Bankının prezidenti Masato Kanda Azərbaycana səfərə gəlib.
Teleqraf xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycanın Asiya və Avropa arasında əlaqələndirici rolunu daha da gücləndirdiyi müddətdə Bakıya səfər etdim. Ölkə iqtisadiyyatın şaxələndirilməsi, bərpaolunan enerji və yeni nəqliyyat dəhlizləri istiqamətində irəliləyişlər əldə edir. Qarşıdakı günlərdə növbəti mərhələdə Asiya İnkişaf Bankının bu prosesə necə dəstək verə biləcəyini müzakirə etmək üçün rəhbərlər və tərəfdaşlarla görüşəcəyəm", - o qeyd edib.