AZ

İdarə rəisi: Notarius korpusunun peşəkar hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir

Bakı, 14 noyabr, AZƏRTAC

Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması və notarius korpusunun peşəkar hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün elan olunan müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilir: "Dövlət İmtahan Mərkəzi ilə birgə kompüterlər vasitəsilə keçirilən müsabiqənin test imtahanında 280 namizəd iştirak edir",- deyə o bildirib.

Seçilən
88
1
azertag.az

2Mənbələr