AZ

Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımaların həcmi 2030-cu ilə qədər iki dəfə arta bilər - Rhenus Logistics (ÖZƏL)

Bakı. Trend:

Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımaların həcmi 2030-cuilə qədər iki dəfə arta bilər.

Bunu Trend-əmüsahibədə Multimodal daşımalar və təchizat zəncirlərinin idarəedilməsi ilə məşğul olan Almaniyanın “Rhenus Logistics” beynəlxalqlogistika qrupundan bildiriblər.

“Şirkət Çin-Azərbaycan-Avropa marşrutu üzrə yükdaşımalarhəcminin yüksək və dayanıqlı artım potensialını görür. Qlobaltəchizat zəncirlərinin şaxələndirilməsi və şirkətlərin daşımalarüçün daha dayanıqlı həllər axtarması ilə Transxəzər dəhlizi ehtiyatvariantından əsas ticarət marşrutuna çevrilib.

Son iki ildə Transxəzər marşrutu üzrə konteyner trafiki ildətəxminən 35–40% artaraq 2024-cü ildə 3,2 milyon tona çatıb ki, buda 2022-ci ildəki 1,5 milyon tonla müqayisədə əhəmiyyətli artımdeməkdir. Bakı, Aktau və Kurık kimi əsas hablara davamlıinvestisiyalar və Qazaxıstan, Azərbaycan və Gürcüstan arasındadəmir yolu əlaqələrinin təkmilləşdirilmiş koordinasiyasını nəzərəalsaq, 2030-cu ilə qədər yük daşımalarının həcminin ikiqat artacağıgözlənilir”,- deyə “Rhenus Logistics” nümayəndəsi qeyd edir.

Şirkət əlavə edib ki, liman və dəmir yolu infrastrukturunun dahada inkişaf etdirilməsi, habelə effektiv multimodal koordinasiyayaxın illərdə yükdaşıma həcmlərinin artımını stimullaşdırmağa davamedəcək.

“Rhenus”un regionda və əsas terminallarda fəal iştirakı şirkətəbu artımı dəstəkləməyə və koridor boyunca etibarlı, dayanıqlılogistika həlləri təqdim etməyə imkan verir.

Məqalədə:
Seçilən
123
1
az.trend.az

2Mənbələr