AZ

Həkim kişilərdə ciddi xəstəliklərə işarə edə bilən altı gizli simptomuaçıqladı

Terapist həkim Donald Qrant kişilərdə sağlamlıq baxımından təhlükəli ola biləcək altı gözlənilməz simptomu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.

Mütəxəssis ilk olaraq erektil disfunksiyanı ciddi siqnal kimi qiymətləndirir. Onun sözlərinə görə, bu hal ürək və damar xəstəliklərinin erkən əlaməti ola bilər. Həkim həmçinin saç tökülməsinə də laqeyd yanaşmamağı məsləhət görüb, xüsusən də saçların sürətlə seyrəkləşdiyi və ya strukturunun dəyişdiyi hallarda.

“Qəfil saç tökülməsi qidalanma çatışmazlığı, stres, qalxanabənzər vəzinin xəstəlikləri və ya bir sıra xroniki problemlərin göstəricisi ola bilər”, - deyə o bildirib.

Qrantın sözlərinə görə, kişilər davamlı yorğunluq zamanı da mütləq həkimə müraciət etməlidirlər. Belə ki, bu simptom testosteronun aşağı səviyyəsini, yuxu apnoesini və digər onlarla xəstəliyi göstərə bilər. Həkim əlavə edib ki, əhval dəyişiklikləri kişilərdə nadir hallarda şikayət kimi səsləndirilsə də, depressiya və ya xroniki stressin əlaməti ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
46
1
redaktor.az

2Mənbələr