AZ

“Bu, hələ başlanğıcdır” – Abbas Hüseynov

“Bu, hələ başlanğıcdır. Yeni baş məşqçi gələndən sonra xarakter, əzmkarlıq var, bütün proseslər yaxşı təşkil olunub”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Abbas Hüseynov İslandiya oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Fransa ilə oyuna qədər istirahət etməyə və hazırlaşmağa çalışacağıq. Vaxt az olsa da, əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək. Qarşıda çətin rəqib var, amma yaxşı nəticəyə ümid edirik”.

30 yaşlı futbolçu “Qarabağ”da az forma şansı qazanmasına baxmayaraq, milliyə çağırılması və yığmadakı gözləntiləri barədə də fikirlərini bölüşüb: “Bütün futbolçular baş məşqçi Ayxan Abbasov tərəfindən dəvət olunur. Əgər məni seçibsə, təşəkkür edirəm. Öz tərəfimdən əlimdən gələni edirəm ki, faydalı olum. Meydanda olduğum müddətdə komandama maksimum fayda verməyə çalışıram”.

Seçilən
35
1
idmanxeber.az

2Mənbələr