AZ

İlk 9 ayda evlənənlərin və boşananların sayı məlum olub

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindəncari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydəalınıb.

Trend xəbər verir ki, bu barədə DövlətStatistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalininhər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7- yə,boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Qarabağ (5,7),Dağlıq Şirvan və Lənkəran-Astara (5,2), Bakı, QubaXaçmaz və MərkəziAran (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksəkolub.

Məqalədə:
Seçilən
102
az.trend.az

1Mənbələr