AZ

AYNA-nın beynəlxalq daşımalar üçün operatorlar altsistemi genişləndirilib - FƏRMAN

Bakı. Trend:

AYNA-nın "Beynəlxalq avtomobil daşımalarını həyata keçirənoperatorlar" altsistemi genişləndirilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sisteminə daxil olan "beynəlxalqavtomobil daşımalarını həyata keçirən operatorlar" altsistemiavtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarıfəaliyyətinin operatorlarının uçotunun aparılması ilə yanaşı,operatorlara kvota ilə müəyyən edilmiş, xarici ölkələrin ərazisindəbeynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün elektronqaydada mübadilə edilən xarici ölkələrin "İcazə" blanklarının vəəldə edilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli(aylıq) və çoxtərəfli illik "İcazə" blanklarının (jurnallarının)elektron qaydada verilməsini də təmin edəcək.

Belə ki, “İcazə” terminindən istifadə standartlaşdırılıb, illikvə qısamüddətli icazələr qısamüddətli (aylıq) və çoxtərəfli illik“İcazə” blankları kimi ifadə olunur. Xarici ölkələrdə beynəlxalqavtomobil daşımaları üçün verilən “İcazə” blanklarının vəjurnallarının elektron qaydada verilməsi proseduruaydınlaşdırılıb.

Operatorlara verilən “İcazə” blankları və onların uçotu dasistemə əlavə edilib.

Seçilən
136
16
az.trend.az

10Mənbələr