ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Qanunsuz yollarla gələnləri geri göndərməyi və cinayət törədən miqrantları deportasiya etməyi prioritet sayan Almaniya hökuməti eyni zamanda ixtisaslı işçi qüvvəsi axtarışındadır.
"Cebheinfo.az" xəbər verir ki, kansler Fridrix Merts bu gün Almaniya Ticarət Birliyində (HDE) çıxışı zamanı işçi çatışmazlığına diqqət çəkərək “Bizə ixtisaslı miqrasiya lazımdır”,- deyib. Merts Almaniyanın açıq, azad, liberal və dözümlü bir ölkə olduğunu və bu mesajı dünyaya vermək istədiklərini bildirib.
O, ixtisaslı işçi qüvvəsinə ehtiyac olduğunu vurğulayaraq “Dünyanın hər yerindən Almaniyaya gəlib işləməyə hazır olan insanları qazanmaq istəyirik”,- deyə qeyd edib. Almaniya koalisiya hökumətini təşkil edən Xristian Birlik partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiya (SPD) bir tərəfdən qanunsuz miqrasiyanı məhdudlaşdırmaq üçün addımlar atır, digər tərəfdən isə Almaniyada artan işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün siyasətlər hazırlamağa çalışır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.