AZ

İlham Əliyev və Zelenski arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyevlə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” sosial media hesabında məlumat yayıb.

O bildirib ki, İlham Əliyevə Ukrayna xalqına verdiyi dəstəyə və başsağlığına görə minnətdaram.

“Ötən gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, dağıntılar və ziyan var, o cümlədən Azərbaycan səfirliyinə də ziyan dəyib. Cənab Prezident İlham Əliyev bu hücumu pislədi və vurğuladı ki, Rusiya tərəfi səfirlik binasını və Azərbaycanla əlaqəli digər obyektləri bir neçə dəfə hədəfə alıb”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik.

Daşqın HəsənovMissiya.Az

Seçilən
185
missiya.az

1Mənbələr