AZ

Ultra-emal olunmuş qidalar gənclərdə bağırsaq xərçəngi riskini kəskin artırır - Alimlərdən xəbərdarlıq

Bakı. Trend:

Alimlər gənclər arasında yoğun və düz bağırsaq xərçəngininqlobal artımının mümkün səbəblərindən birinin yüksək dərəcədə emalolunmuş qidalar (ultra-processed food -ing) olduğunu müəyyənediblər .

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ultra-emal olunmuş qidalar - paketlənmiş qəlyanaltılar,ocümlədən çipslər, kütləvi istehsal olunan çörəklər,şəkərləndirilmiş səhər yeməyi dənliləri, hazır əriştələr vədondurulmuş pizzalar kimi istifadəyə tam hazır məhsullar - son 20ildə qidalanmada artan paya malikdir.

Son dövrlərdə yaşlılara xas hesab edilən kolorektal xərçənglərinyaşı əllidən az olan insanlar arasında da paralel artımı müşahidəedilir. Bu xəstələr çox vaxt xəstəliyin gec mərhələsində diaqnozalır və sağ qalma göstəriciləri daha pis olur. Bu isətədqiqatçıları dəyişən qidalanma vərdişlərimizin sağlamlığatəsirini daha yaxından araşdırmağa sövq edir.

Tədqiqat çərçivəsində alimlər ABŞ-də 29 mindən çox qadınınpəhrizlərini və endoskopiya nəticələrini təhlil ediblər. Onlarıniyirmi ildən çox sağlamlıq məlumatına çıxışı olub.

Ultra-emal olunmuş qidaları ən çox yeyən qadınlarda yoğun və düzbağırsaqda yaranan, sonradan xərçəngə çevrilə bilən adenoma - yənitörəmələr və poliplər - inkişaf etdirmə riski, bu qidalardan azistifadə edənlərlə müqayisədə 45 faiz daha yüksək olub.

“Artan risk demək olar ki, xətti xarakter daşıyır, yəni nə qədərçox ultra-emal olunmuş qida yeyirsinizsə, yoğun bağırsaqda polipyaranması ehtimalı da bir o qədər artır,” – ABŞ-nin Mass GeneralBriqam Xərçəng İnstitutunun qastroenteroloqu və tədqiqatınmüəlliflərindən biri Dr. Endrü Çen bildirib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr