AZ

Ekspert: Ermənistan 5 10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan Azərbaycana qarşı silahlanır. Çünki Ermənistanın İran və ya Türkiyəyə qarşı silahlanması real deyil. Ən yaxşı halda Ermənistan bu ölkələrə 3 gün müqavimət göstərmək üçün silah ala bilər. Ermənistanın aldığı silahları Azərbaycana qarşıdır. Obyektivlik naminə deməliyik ki, Ermənistan ordusuna məxsus silahların ən azı 30 faizi 2020-ci il müharibəsi zamanı ya məhv edilib, ya da qənimət kimi Azərbaycan ordusunun əlinə keçib. İndi Ermənistan əsgəri silahsız qalıb. Əlbəttə, mən avtomatları deyil, tank, top, raket və digər ağır silahları nəzərdə tuturam”.Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı ölkənin xarici borcunun 8 milyard dollara çatmasının əsas səbəblərindən biri kimi silah alınmasını göstərib.Paşinyan bildirib: “Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi”.A. İsazadənin sözlərinə görə, Ermənistan hazırda əsasən Fransa və Hindistandan silahlar alır. Rusiyadan da silahlar alınıb, lakin son illər Rusiyanın diqqəti Ukraynaya yönəlib və özünün silaha ehtiyacı artıb.Ekspert qeyd edib: “Zənn etmirəm ki, 8 milyard dollarlıq borcun hamısı silaha xərclənib. Ukrayna müharibəsi başlayandan və Qərbin Rusiyaya qarşı sanksiyaları qüvvəyə mindikdən sonra Ermənistan Rusiya üçün əsas tranzit məntəqələrindən birinə çevrilib. Qızıl məmulatları, elektrotexnika və digər mallar Rusiyaya Ermənistan üzərindən daşınıb. Ermənistan bu əməliyyatlardan kifayət qədər gəlir əldə edib. Bu baxımdan borcun artması anlaşılmazdır, amma bu, Ermənistanın öz işidir”.A. İsazadə əlavə edib ki, Azərbaycan da müdafiə qabiliyyətini gücləndirməyə davam edir:“Elə son hərbi parad da bizim gücümüzü nümayiş etdirdi. Bu səbəbdən Ermənistanın Azərbaycanla müharibə aparmaq perspektivi yoxdur. Bununla belə, ehtimal edirəm ki, Ermənistan qarşıdakı 5-10 il ərzində silahlanmanı davam etdirəcək. Bu isə böyük iqtisadi potensialı olmayan ölkənin iqtisadiyyatını zəiflədə bilər”.Nemət ORUCOVReyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
reyting.az

2Mənbələr