Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə V.Zelenski özünün “X” səhifəsində bildirib.
Zelenski Əliyevin Ukrayna xalqımıza verdiyi dəstəyə və başsağlığına görə minnətdarlıq edib.
"Dünən gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, bir sıra obyetlərə, o cümlədən Azərbaycan səfirliyinə ziyan dıyib, dağıntılar və var. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, ruslar səfirlik binasını və Azərbaycanla əlaqəli digər obyektləri ilk dəfə hədəf almırlar.
Biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığımızın bütün sahələrində həqiqətən yaşıl işıq var. Güclü potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!", - V.Zelenski sosial şəbəkədə yazıb.