Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı keçirdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, söhbət zamanı digər məsələlərlə yanaşı Rusiyanın zərbələri nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinə vurulan zərər də müzakirə predmeti olub.
Zelenskinin sözlərinə görə, Əliyev bu hücumu pisləyib və vurğulayıb ki, “rusiyalılar səfirlik binasını və Azərbaycanla bağlı digər obyektləri ilk dəfə hədəfə almır”.
“Biz ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızın inkişafını da müzakirə etdik. İkitərəfli əməkdaşlığın bütün sahələri üçün həqiqətən də “yaşıl işıq” yanır. Böyük potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!”.
Xatirə SADİQ