AZ

Masazırda qanunsuz tikililər söküldü - VİDEO

Lənkəran Ağır Cinayətlər Məhkəməsində avtomobil qəzası törətməkdə təqsirləndirilən Elmidar Qafarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə beş il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü il dekabrın 5-də, saat 19:20-də Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun Beyləqan rayonunun Aşıqalılar kəndinin ərazisindən keçən 18-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Elmidar Qafarov etibarnamə əsasında idarə etdiyi QAZ-330210 markalı maşınla yolun sol tərəfində yerləşən "Hacıoğlu" yanacaqdoldurma məntəqəsinə dönmək istəyərkən qaydalara riayət etməyib.

Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün texniki imkanı olmasına baxmayaraq, qarşıdan gələn - Emin Həziyevin idarə etdiyi "Niva Urban" markalı avtomobilə yol verməyib, onun hərəkət istiqamətinə çıxıb və nəticədə həmin nəqliyyat vasitəsi ilə toqquşma baş verib.

Emin Həziyev hadisə yerində, maşınında sərnişin qismindəki oğlu, 2016-cı il təvəllüdlü Rəvan Həziyev isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Beləliklə, Elmidar Qafarov yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olub.

Hadisədən sonra o saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Seçilən
106
avtosfer.az

1Mənbələr