AZ

“Özbəkistan bizimlə eyni-soy kökə malik qardaş ölkədir!” - Komitə sədri

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev sözügedən müsahibədə iki tərəfli münasibətlərin yüksələn xətlə inkişaf etməsinin yüksək qiymətləndirməklə bu dinamikanın davam etməsinin vacibliyini vurğulayır:

"İki ölkə arasında şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi, hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi,energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı,mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsi, media və qeyri-hökumət təşkilatları sahələrində əməkdaşlıq sahələrinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirməsi bizim üçün çox önəmlidir".

Seçilən
60
qht.az

1Mənbələr