AZ

Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-dəAsiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bİldirilib ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankıarasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğubildirilib.

Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlifsektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamandanəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digərsahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindənməmnunluq ifadə olunub.

Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrəyardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, ölkəmizinBankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətəçatdırılıb.

Eyni zamanda ölkəmizdə yaradılan əlverişli investisiya və biznesmühitinə toxunulub, işğaldan azad edilmiş ərazilərin bərpası vəiqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar,həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumatverilib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari iliniyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə TərəfdaşlıqStrategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıqimkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi,dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatısisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran birsıra digər perspektivli layihələr müzakirə olunub.

Əli
Əli
Məqalədə:
Seçilən
94
28
az.trend.az

10Mənbələr