"Parma" klubunun qapıçısı Zion Sudzuki sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, o, bu gün əməliyyat olunub. Yaponiyalı qolkiper 3-4 ay komandasına kömək edə bilməyəcək.
Zion 2 mövsümdür "Parma"da çıxış edir. O, cari mövsüm 13 oyunun 4-də qapısını toxunulmaz saxlamağı bacarıb.