Bakı, 14 noyabr, AZƏRTAC
Boks üzrə dünya çempionu Cozef Parker dopinq testindən keçə bilməyib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, idmançının qanından kokain izləri aşkarlanıb.
Parker oktyabrın 25-də Fabio Uordliyə nokautla uduzduğu döyüşdən sonra yoxlanılıb. 33 yaşlı yeni zelandiyalı döyüşçü həmin qarşılaşmada 11-ci raundda texniki nokautla məğlub olub.
Bu səbəbdən idmançıya uzunmüddətli cəza veriləcəyi gözlənilir. Mütəxəssislər boksçunun iki il müddətinə diskvalifikasiya oluna biləcəyini ehtimal edirlər.