AZ

Uşaqlarda qrip 4 ciddi sağlamlıq probleminə yol açır

Mövsümi qrip xüsusilə immun sistemi zəif olan uşaqlarda daha ağır fəsadlara səbəb ola bilər. A və B tipli qrip viruslarının yaratdığı infeksiyalar bəzən sadə simptomlarla məhdudlaşmır, müxtəlif sağlamlıq riskləri yaradır.

 

Pravda.az bildirir ki, həkimlərin açıqlamasına görə, uşaqlarda qrip ən çox aşağıdakı 4 problemi törədir:

 

Pnevmoniya (ağciyər iltihabı) – Qripin ən təhlükəli fəsadlarından biri hesab olunur və xəstəxanaya yerləşdirilmə ehtimalını artırır.

 

Dehidratasiya – Qusma, yüksək temperatur və iştahasızlıq səbəbilə uşaqlarda su-duz itkisi tez baş verir.

 

Mövcud xroniki xəstəliklərin kəskinləşməsi – Astma və ürək xəstəlikləri qrip zamanı daha ağır şəkildə özünü göstərə bilər.

 

Sinüzit və qulaq infeksiyaları – Qripdən sonra tez-tez yanaşı infeksiyalar inkişaf edir.

 

Həkimlər valideynlərə tövsiyə edir ki, uşaqları mövsümə uyğun qoruma tədbirləri ilə təmin etsinlər və qrip peyvəndini vaxtında etdirməyi unutmasınlar.

 

Əminə Bayramova

Tarix: 14 Noyabr 2025, 18:10   
Seçilən
69
2
pravda.az

3Mənbələr