AZ

İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin(İSTAD) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümünə həsrolunan tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnlərisəsləndirilib.

Açılış nitqində İSTAD sədri və TADEF-in mətbuat katibi SeferKarakoyunlu 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Türkdünyası üçün tarixi əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini ValehHacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləAzərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsinivə 44 günlük müharibə zamanı, eləcə də əvvəli və sonrası Türkiyənindəstəyini, iki qardaş xalqın həmrəyliyini bir daha diqqətəçatdırıb. Dünyada Türkiyə və Azərbaycan kimi qardaşlığa malikikinci bir nümunə olmadığını bildirərək söyləyib: “Əsrlərə söykənənbu qardaşlıq bu gün də, gələcəkdə də ən yüksək səviyyədə davamedəcək”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-AzərbaycanParlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Zəngəzurdəhlizinin region üçün strateji əhəmiyyətindən danışıb.

Digər natiqlər Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən,Azərbaycanın bölgədəki mövqeyinin güclənməsindən vəTürkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Seçilən
32
4
az.trend.az

5Mənbələr