AZ

Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb

Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.

Aznews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Məlumata görə, Oruclu Ərəstun Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Seçilən
50
37
aznews.az

10Mənbələr