Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İcra hakimiyyəti başçılarının işdən azad edilməsi, yaxud dəyişdirilməsi təbii prosesdir. Bu, idarəetmənin təkminləşdirilməsi, işlərin daha səmərəli qurulması baxımından əhəmiyyətlidir".Bunu Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev deyib. O bildirib ki, bəzi icra başçıları öz vəzifələrini yerinə yetirmədikləri üçün işdən azad edilirlər, bəziləri isə kiçik rayondanlar daha böyük rayonlara dəyişdirilirlər:"Öz işini bilər, qanunlara hörmətlə yanaşan icra başçıları çoxdur. Ancaq işinin öhdəsindən gələ bilməyən icra başçıları da var, neqativ yollara meyillənən məmurlar da var. Onların haqqında görülən tədbirlər də göz önündədir. Bu adamlar Prezidentin etimadını doğrultmadılarına görə, vəzifələrinə laqeyd yanaşdıqlarına görə sözsüz ki, vəzifədən azad edilməlidirlər, başqa yolu yoxdur. Hər kəsə etimad göstərilə bilər, vəzifə verilə bilər. Amma o insan da əyri yollara getməməli, kiminsə təsirinə düşməməlidir. Vəzifəsi dövlətə sadiqlik, xalqa xidmət olmalıdır".Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.