Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacaq qadağan olunacaq.
Aznews.az xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü əsasında qəbul edib.
2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, plastik çəngəl, bıçaq, qaşıq, çöplər, boşqab, konteynerlər, stəkanların və onlar üçün qapaqların istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan ediləcək.