AZ

Gürcüstandan Bakı–İrəvan sülh sazişi ilə bağlı AÇIQLAMA

Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib.

Gürcüstn lideri Mixeil Kavelaşvili açıqlamasında ölkəsinin iki qonşu ölkə arasında sülh prosesini alqışladığını vurğulayıb:

“Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Saziş Cənubi Qafqazda müsbət inkişaf tempini və regionun cəlbediciliyini tamamilə yeni səviyyəyə qaldıracaq. Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”, – Kavelaşvili bildirib.//musavat//

Seçilən
7
1
ictimairey.az

2Mənbələr