AZ

Qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir

"Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir".


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəza araşdırma qrupumuz Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəmizin qalıqları üzərində tədqiqatları davam etdirir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 11-i Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb, 20 hərbçi şəhid olub.

Seçilən
39
10
manset.az

10Mənbələr