AZ

Bakı Media Mərkəzinin dəstəyi ilə “VIVANT” serialının Azərbaycandakı çəkilişləri uğurla yekunlaşıb (FOTO)

Bakı. Trend:

Yaponiya televiziya sənayesinin ən uğurlu layihələrindən biriolan “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycandauğurla tamamlanıb. Serial Tokyo Broadcasting System Television (TBSTelevision) tərəfindən istehsal olunub. Ekran əsərinin rejissoruYaponiyanın tanınmış kino mütəxəssisi Katsuo Fukuzavadır.

Bu barədə Trend-ə Bakı MediaMərkəzindən məlumat verilib. Bildirilib ki, birinci mövsümüYaponiyada 60 milyondan artıq tamaşaçı tərəfindən izlənilən vəhazırda Netflix platformasında yayımlanaraq beynəlxalq miqyasdageniş auditoriyanın rəğbətini qazanan “VIVANT” bu dəfə özhekayəsini Azərbaycanın unikal təbiəti və çoxşaxəli mədənimənzərəsi fonunda davam etdirir.

Serialın ikinci mövsümünün çəkilişlərinə bu ilin avqustundastart verilib. Çəkilişlər oktyabr ayının sonuna qədər davam edib.Film ölkəmizin ən müxtəlif bölgələrində - Bakı, Sumqayıt, Gəncə,Naxçıvan, Şamaxı, Qəbələ, Şəki və Quba şəhərlərində lentəalınıb.

Azərbaycanın və regionumuzun aparıcı audiovizual şirkəti BakıMedia Mərkəzi layihə üzrə tərəfdaş kimi serialın çəkilişləri üçünvacib olan təşkilati və texniki təminatı, logistika, çəkilişicazələri və koordinasiya işlərini həyata keçirib.

“VIVANT” serialının yeni mövsümünün 2026-cı ildə nümayişiplanlaşdırılır. Əminik ki, növbəti bölümlər milyonlarla izləyiciniheyran qoyan hekayəni daha da cəlbedici edəcək və beynəlxalqsəviyyədə geniş maraq doğuracaq. Hesab edirik ki, bu əməkdaşlıqYaponiya və Azərbaycan arasında mədəni və yaradıcılıq əlaqələrinininkişafında mühüm mərhələ oldu. Birgə tərəfdaşlığımız Azərbaycanınkino sənayesinin inkişafını, müasir istehsal imkanlarını və təbiigözəlliklərini geniş dünya auditoriyasına təqdim etmək baxımındanəlamətdar hadisədir”, - deyə məlumatda qeyd olunur.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Məqalədə:
Seçilən
72
9
az.trend.az

10Mənbələr