AZ

Ronaldo qırmızı vərəqə aldıqdan sonra nə deyib?

style='margin-bottom:10px;'>

İrlandiya millisinin baş məşqçisi Heimir Hallqrimsson ötən gün DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə matçda rəqibinin hücumçusu və kapitanı Kriştiano Ronaldonun qırmızı vərəqə almasına toxunub.

QOL.az xəbər verir ki, mütəxəssis həmin epizodda 40 yaşlı forvardın ona nə dediyini açıqlayıb: 

"O, hakimə təzyiq göstərdiyim üçün mənimlə mübahisə etdi. Məhz Ronaldonun meydandakı hərəkətləri qırmızı vərəqə ilə nəticələndi. Mənim bununla heç bir əlaqəm yox idi".

Xatırladaq ki, Ronaldo görüşün 59-cu dəqiqəsində meydandan qovulduqdan sonra İrlandiya yığmasının baş məşqçisi ilə şifahi mübahisə edib.

Seçilən
80
2
teleqraf.com

3Mənbələr