AZ

Stokholmda avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb

Stokholmun mərkəzində avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb..

APA xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, polis hadisə nəticəsində ölənlərin olduğunu, bir neçə nəfərin də yaralandığını təsdiqləyib.

Qəzetin məlumatına görə, hadisə yerində çoxlu sayda polis, təcili yardım qrupları cəlb olunub.

Avtobus sürücüsü həbs olunub. Onun hərəkətləri başqalarının ölümünə səbəb olan kobud səhlənkarlıq hesab olunur.

Poliqon.info

Seçilən
92
3
poliqon.info

4Mənbələr