AZ

Ermənistanı Azərbaycandan asılı vəziyyətə salacaq iki layihə: Paşinyan nəyə nail olmağa çalışır?

"Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin ilə qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir. Bu Azərbaycanın maraqlarına uyğundurmu? Əlbəttə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu ölkəmiz və bölgəmiz üçün faydalı olacaq. Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır: " Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik".

Dəhlizə gəlikdə isə, politoloq bildirib ki, Paşinyan bu məsələni bütövlüklə ABŞ-a yükləyib: " Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantdan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-ın nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintinin 2026-ci ilin ikinci yarısında başlayacağına ümid edir. Tikinitinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq".

Sitat.info

Seçilən
140
2
sitat.info

3Mənbələr