AZ

Qarabağa qanunsuz daxil olan rus jurnalisti Ermənistana buraxılmadı

Musavat.com xəbər verir ki, “Wargonzo” layihəsinin əməkdaşı, Rusiya jurnalisti Dmitri Seleznyov İrəvana giriş zamanı sərhəddə saxlanılıb və ölkəyə buraxılmayıb. Məlumata görə, o, ailəsi ilə birlikdə Ermənistana istirahət məqsədilə gəlib.

Erməni xüsusi xidmət orqanlarının qərarının səbəbləri hələ açıqlanmayıb. Seleznyov hazırda geri dönüş reysi və rədd cavabını əsaslandıran sənədlərin təqdim olunmasını gözləyir.

Jurnalist bir neçə dəfə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmiş, 2020-ci il müharibəsi zamanı bölgədə hərbi reportyor kimi çalışmış və son illərdə Ermənistanda siyasi prosesləri işıqlandırmaq üçün mütəmadi səfərlər etmişdi.

Bu, uzun fasilədən sonra ilk haldır ki, Rusiya mediasında tanınan bir jurnalist Ermənistan tərəfindən ölkəyə buraxılmır. Ekspertlər bunu rəsmi İrəvanın Moskva ilə münasibətlərində artan gərginliyi əks etdirən növbəti addım kimi qiymətləndirirlər.

 

Musavat.com

4639b33e-6748-43b1-bbfb-1884c3ba844e.jpg

Seçilən
36
17
musavat.com

10Mənbələr