AZ

Elman Cəfərov vəfat etdi - Foto

Naxçıvanın tanınmış heykəltəraşı və rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, o 1951-ci il 5 iyul tarixində Naxçıvan şəhərində anadan olub. 

Elman Cəfərov heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çoxsaylı rəngkarlıq əsərləri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur.

Allah rəhmət eləsin.


Telegram kanalımız
Seçilən
47
1
yenisabah.az

2Mənbələr