AZ

Ermənistana Azərbaycan üzərindən gətirilən buğda təhlükəsizlik yoxlamasından keçdi

Musavat.com xəbər verir ki, Ermənistanın Qida Təhlükəsizliyi üzrə İnspeksiya Orqanı Azərbaycan ərazisi vasitəsilə ölkəyə idxal olunan buğda partiyalarının laboratoriya nəticələrini açıqlayıb.

Məlumata görə, Rusiya mənşəli buğda 2-ci dərəcəli, Qazaxıstan mənşəli buğda isə 3-cü dərəcəli keyfiyyət standartlarına uyğun olub. Qurumun açıqlamasında vurğulanır ki, hər iki nümunə təhlükəsizlik parametrlərinə tam uyğundur və istifadəsi ilə bağlı hər hansı risk aşkarlanmayıb.

Qeyd edilib ki, nəticələr rəsmi laboratoriya testlərinin protokollarına əsaslanır. 

 

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr