AZ

Bakıya gələn kimi Saliba ilə selfi etdi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası Bakıya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.

Paylaşılan görüntülərdə azyaşlı azarkeşin Fransa millisi və “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə selfi çəkdirdiyi an da diqqət çəkib.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xatırladaq ki, oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
qafqazinfo.az

2Mənbələr